14 yanvar 2011 18:00
İqor Mitreski: Onlar da bunu çox gözəl qəbul edirlər
Türkiyədə hazırlıq keçən `Neftçi`nin makedoniyalı futbolçusu İqor Mitreski ürək sözlərini klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, hazırlıq prosesinin gedişatından danışan legioner müdafiəçi komandasındakı ab-hava haqda da fikirlərini bölüşüb:
“Bizim hər məşqimiz final oyununa bənzəyir. Hətta məşqimiz sona çatandan sonra bizdən kiminlə oynadığımızı soruşurlar. Mən bir çox ölkələrdə legioner həyatı yaşamışam. Ancaq burada olan istəyi, heç yerdə görməmişəm. Təbii ki, mən də təcrübəli futbolçu kimi komandamızın gənc üzvlərinə lazım olanda bəzi məqamları deyirəm. Onlar da bunu çox gözəl qəbul edirlər.
İstəyirik ki, baş məşqçi Arif Əsədovun rəhbərliyi altında çempion olaraq, uğura imza ataq. Axı tarixdə yalnız uğurlar qalır. Futbolda belə hallar çox olur, əvvələr klubun şərəfini qoruyan futbolçu, sonradan həmin komandanın baş məşqçisi olur. Belə olan təqdirdə, təbii ki, həmin məşqçi öz doğma klubunun uğur qazanması üçün daha çox ürəklə çalışır”.
