14 yanvar 2011 18:06
`Wolfsburq`un keçmiş üzvü `Qarabağ`da (FOTO)
`Qarabağ` Antalyada hazırlıqlarını tam sürətlə davam etdirir. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq yerli vaxtla 10:30-da baş tutan səhər məşqi 1 saat 45 dəqiqə davam edib.
Rəşad Kərimovla, ayağında kiçik ağrı hiss edən Əfran İsmayılov ümumi hazırlıqlarda iştirak edə bilmədiyindən, qaçmaqla kifayətləniblər.
Bu arada komandanın düşərgəsinə baxışa yeni futbolçu gəlib. Belçika `Liers`indən gəlmiş Nderim Nedzipi hücumameyilli yarımmüdafiəçidi. 1984-cü il təvəllüdlü makedoniyalı futbolçu Almaniyada `Wolfsburq` və `Herta` Berlin forması geyinib. Nderim hər iki ayağı ilə yaxşı oynamağı bacarır. Onun haqqında yaxın günlərdə qərar veriləcək.
