14 yanvar 2011 11:26
XL-dan imtina etdi, `Qarabağ`a rəqib oldu
`Galatasaray`ın keçmiş hücumçusu Florin Bratu `Xəzər Lənkəran`a keçməkdən imtina edib. Azerisport.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, o, Rumıniyanın `Qaz-Metan` klubuna keçməyə üstünlük verib.
Maraqlıdı ki, Mirça Rednikin dəvətini qəbul etməyən Bratu məhz yeni klubunun heyətində yanvarın 30-da `Qarabağ`la sınaq matçında üz-üzə gələcək.
