14 yanvar 2011 11:38
Ümit Karan: Buna görə Rəşadı qınamağa haqqımız yoxdu
Türkiyənin `Eskişehirspor` klubunun təcrübəli hücumçusu Ümit Karan, yığmamızın kapitanı Rəşad Sadıqov barədə fikirlərini dilə gətirib. Azerisport.az saytına açıqlamasında, `Galatasaray`ın keçmiş hücumçusu hazırkı komanda yoldaşı haqda bunları dilə gətirib:
`Sadıqovun komandaya uyğunlaşması çox tez baş tutdu. Bu, istənilən oyunçu üçün peşəkar planda çox böyük üstünlük deməkdi. Ümumiyyətlə, mən hələ onun kimi legionerlə rastlaşmamışam. Qısa bir zaman kəsiyində bizlərdən biri oldu. Onun Türkiyə yığmasının qapısına vurduğu qola gəlincə, bizim buna görə Rəşadı qınamağa haqqımız yoxdu. Bu, futboldu və o da öz yığma komandasının şərəfini qoruyurdu”.
