14 yanvar 2011 00:02
Bundesliqa klubunda donuz virusu şoku
Almaniya Bundesliqasında çıxış edən `Köln` klubunun dörd oyunçusunda donuz virusunun (H1N1) əlamətləri aşkarlanıb. Azerisport.az xəbər verir ki, gələn xəbərlərdə həmin futbolçuların məhz bu üzdən həftəsonuna nəzərdə tutulan `Kaiserslautern` ilə çempionatın növbəti turunun oyununda çıxış edə bilməyəcəkləri bildirilir.
Bu futbolçuların Yusif Mohamad, Kevin Makkenna, Miso Breçko və Konstantinos Qyannoulis olduğu xəbər verilir. Klubun yaydığı rəsmi açıqlamada həmin dörd oyunçuyla yanaşı, köməkçi məşqçi Tomas Hasslerdə də oxşar virusun aşkarlandığı bildirilir. Artıq həm oyunçular, həm də məşqçi Kölndəki xüsusi klinikalardan birində müalicəyə aparılıb. Lakin onların bu virusa necə yoluxduğu barədə dəqiq bilgi verilmir.
