14 yanvar 2011 00:06
AÇ-2011: Çıxışını erkən dayandıran ilk komanda məlum oldu
Qətərdə düzənlənən Asiya çempionatında ikinci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin yeddinci oyun günündə B qrupunda qərarlaşan komandalar növbəti görüşlərini keçiriblər.
Günün ilk oyununda İordaniya Səudiyyə Ərəbistanı ilə münasibətlərinə aydınlıq gətirib. İordaniya ilk qələbəsini rəsmiləşdirərkən, rəqibi ikinci məğlubiyyətini yaşamaqla, qrupdan çıxmaq şansını itirib və turnirlə erkən vidalaşn ilk iştirakçı olub. Ərəblərin son oyunu artıq formal xarakter daşıyacaq. Dramatik məcrada keçən Suriya – Yaponiya görüşündə isə sonuncular çətinliklə də olsa, qələbə qazana bilib.
Asiya Kuboku
Qrup mərhələsi
13 yanvar
B qrupu
İordaniya – Səudiyyə Ərəbistanı – 1:0
Qol: Abdelrahman, 42.
Suriya – Yaponiya – 1:2
Qollar: Xatib, 76-pen – Hasebe, 35, Honda, 82-pen.
Matçın 72-ci dəqiqəsində Yaponiyanın oyunçusu Kavaşima, 90-cı dəqiqəsində isə Suriyanın oyunçusu Sabak qırmızı vərəqə alıb.
| 1 | Yaponiya | 2 | 1 | 1 | 0 | 3 | - | 2 | 4 |
| 2 | İordaniya | 2 | 1 | 1 | 0 | 2 | - | 1 | 4 |
| 3 | Suriya | 2 | 1 | 0 | 1 | 3 | - | 3 | 3 |
| 4 | Səudiyyə Ərabistanı | 2 | 0 | 0 | 2 | 1 | - | 3 | 0 |
