14 yanvar 2011 12:09

Flavinyo: `Xəzər Lənkəran`la oyuna kimi sıraya dönəcəm

`Neftçi`nin braziliyalı yarımmüdafiəçisi Flavinyo azerisport.az və `Zerkalo`ya müsahibə verib.
 
- Özünüzü necə hiss edirsiz?
- Artıq ayağım 80 faiz əvvəlki gücüylə işləyə bilir. Düşünürəm ki, `Xəzər Lənkəran`la oyuna kimi sıraya dönəcəm. Hələlik ancaq qaçıram. Ən çətin dövrü isə arxada qalmış hesab etmək olar.
 
- `Xəzər Lənkəran`la oyun sizin üçün nə dərəcədə prinsipial əhəmiyyət daşıyır?
- Əlbəttə, əsas rəqibə qarşı oynamağı mən də istəyirəm. Ancaq yeni ildəki ilk oyunum `Turan`la görüşə də təsadüf etsə, gərək ona tam hazır olum.
 
- Sizin `Muğan`la oyunda zədələndiyiniz dövrdən bəri `Neftçi`nin nəticələrində, oyununda bir növ enmə hiss olunmağa başladı...
- Mən bunu heç də öz yoxluğumla əlaqələndirməzdim. Mövsümün əvvəlində mən də yaxşı oyun sərgiləmirdim. Digər tərəfdən mənim zədələnməyimdən sonra həmin mövqedə oynayan futbolçu bu mövqeyinə yenicə alışmağa başlayırdı.
 
- Ancaq əksər uğursuzluqlarda olmamağınız özünü göstərirdi...
- Mənə çox xoşdu ki, belə dəyər verilir. Deməli, mən komanda üçün vacib bir fiquram. Ancaq mənsiz də `Neftçi` çox güclü görünür.
 
- Komandanız hələlik transfer bazarında çox passiv görünür. Ola bilər ki, sizə heç güclənməyə ehtiyac yoxdu?
- Hazırkı vəziyyətdə heyətimiz çox yaxşıdı. Premyer Liqa üçün bu heyəti yetərli hesab edirəm, hansı ki, ilk dövrədə də lazımı şəkildə özünü göstərə bildi. Ancaq avrokuboklara vəsiqə qazanandan sonra vəziyyət dəyişə bilər. Əgər bir qədər də güclü oyunçular dəvət olunsa, onda `Neftçi` daha güclü olacaq.
 
- Sizcə, hansı mövqenin güclənməsinə ehtiyac var?
- Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Baxmayaraq ki, mənim fikrimcə, hələlik bizim əlavə oyunçuya ehtiyacımız yoxdu. Mənim fikrimcə, bütün mövqelərdə sıxlıq və lazımı rəqabət var.
 
- Bu heyəti beynəlxalq arena üçün yetərli hesab edirsən?
- Hər ehtimala qarşı mövsümün sonunda bir qədər güclənməyimiz lazımdı. Çünki ən azı bizim digər rəqiblərimiz güclənməyə çalışacaq. İstəyirik ki, avrokuboklarda da uğurlu çıxış edək.
 
- Yeri gəlmişkən, “uğurlu” deməklə nəyi nəzərdə tutursuz?
- (Gülür) Məsələ burasındadı ki, mən hələ heç vaxt Çempionlar Liqasında, Avropa Liqasında çıxış etməmişəm. Mən bu turnirləri ancaq televizordan izləyə bilmişəm. `Neftçi` mənim karyeramda ilk təcrübə olacaq. Mənim üçün bu çox böyük arzudu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.