14 yanvar 2011 12:19
`Xəzər Lənkəran`da almaniyalı futbolçu
Türkiyənin Antalya şəhərinin Belek bölgəsində məskunlaşan `Xəzər Lənkaran`ın düşərgəsinə baxışa daha bir legioner futbolçu gəlib. Azerisport.az xəbər verir ki, bu, Almaniya vətəndaşı Jerom Polentsdi. 24 yaşlı futbolçu yarımmüdafiəçidir.
Dünən Antalya toplanışının üçüncü günündə komanda səhər məşqini qaldığı otelin fitness-salonunda, axşam məşqini isə həmişə olduğu kimi açıq havada taktiki çalışmalarla keçirib. Jeromun komandada qalıb-qalmayacağı isə məhz bu məşqlərdən və sınaq görüşlərindən sonra bilinəcək.
