14 yanvar 2011 12:25
Şefer `Bakı`dan getməyə razılaşdı
`Bakı`nın baş məşqçisi Vinfrid Şefer artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, artıq bu gün səhər klub rəhbərliyi ilə görüş də keçirlən almaniyalı mütəxəssis alacağı kompensasiyanın detallarını müzakirə edib.
Şeferin özünün klubdan getməyə razılıq verdiyi bildirilir. Qeyd edək ki, paytaxt klubunun rəhbərliyi Şeferi istefaya göndərib, onun yerinə latviyalı mütəxəssis Aleksandr Starkovu təyin etmək istəyir.
