14 yanvar 2011 12:31
Ramiz Məmmədovun `Atırau`dakı debütü uğursuz oldu
Azərbaycanlı baş məşqçi - Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın `Atırau` klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimiz yeni klubundakı debüt görüşünü Albaniyanın `Dinamo` klubuna qarşı keçirib.
Lakin təəssüf ki, Məmmədov Qazaxıstan klubunun sükanı arxasındakı ilk görüşündən məğlub ayrılıb. Albanlar həmyerlimizin komandasını 1:0 hesabıyla məğlub etməyi bacarıblar. Ramiz Məmmədovun komandasının növbəti sınaq görüşünün yanvarın 16-da `Xəzər Lənkəran`a qarşı olacağını da qeyd edək.
