15 yanvar 2011 12:57
Qurban Qurbanov: Almaniya və Hollandiya klublarıyla oyunlara hazır deyilik
`Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov Türkiyədəki təlim-məşq toplanışının gedişində qarşılaşacaqları sınaqçı rəqiblər haqda fikirlərini dilə gətirib. Azerisport.az saytına açıqlamasında Ağdam klubunun çalışdırıcıdısı bunları dilə gətirib:
“Biz Rumıniya, Qazaxıstan və Ukrayna klubları ilə qarşılaşacağıq. Mən deməzdim ki, bizim rəqiblərimiz zəifdi. Normal komandalardı. Sadəcə bir məqama diqqət yetirmək lazımdı ki, Hollandiya və Almaniya klubları hamısı indi hazır vəziyyətdədi. Biz isə sadəcə 5 gündü məşqlərə başlamışıq. Biz hələlik onlarla rəqabətə hazır deyilik. Buna görə də münasib rəqiblər seçməyə məcburuq”.
