15 yanvar 2011 13:14
Şükürovla Sadıqov üçün yeni sponsor
Rusiyalı milyarder Süleyman Kərimov Mahaçqalanın `Anji` klubunu ələ keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, yığmamızın müdafiəçisi Mahir Şükürovun da heyətində yer aldığı Premyer Liqa təmsilçisinin maddi durumunun elə də yaxşı olmaması bu şəxsin klubu almasına şərait yaradıb.
Qeyd edək ki, onun ötən mövsüm də komanda üçün 8 milyon avroya yaxın yardım etdiyi bildirilir. Artıq gələn həftədən etibarən `Anji`də digər həmyerlimiz Vaqif Sadıqovun məşqçi kimi fəaliyyətə başlayacağını da qeyd edək.
