15 yanvar 2011 01:16

`Neftçi` və `Xəzər Lənkəran`ın uğurunun davamı gələcəkmi?

Bu gün “Birlik kuboku”na start veriləcək. Azerisport.az xəbər verir ki, ölkəmizi ənənəvi turnirdə bu dəfə son ölkə çempionu `İnter` təmsil edəcək.
 
1993-cü ildən bəri ənənəvi olaraq Rusiyanın paytaxtı Moskvada keçirilən yarış 2008-ci ildə olduğu kimi bu dəfə də Sankt-Peterburqda keçiriləcək. Sayca 19-cu olacaq yarışdakı təmsilçimiz olacaq Bakının `İnter` klubu isə tarixində ikinci dəfədi belə şans qazanır. İlk cəhdində mükafatçılar sırasına düşməyi bacarmayan paytaxt klubu bu dəfə uğur qazanmağı hədəfləyir. Lakin buna nə dərəcədə nail olacağı hələlik sual altındadı.
 
Qeyd edək ki, `İnter` ilk cəhdində uğur qazana bilməsə də, hər halda “bankirlər”ə örnək ola biləcək təmsilçilərimiz olub. Bunlar 2006-cı ildə turnirin qalibi adını qazanan `Neftçi` və 2008-ci ildə kuboku başı üzərinə qaldırmağı bacarmış `Xəzər Lənkəran` klublarıdı.
 
Bütövlükdə 16 komandanın 4 qrupda mübarizə aparacağı turnirdə son Azərbaycan çempionunun şansları heç də pis qiymətləndirilmir. Məsələ burasındadı ki, digər ölkələrdən, eləcə də, Rusiya mətbuatından olan həmkarlarımız əsas favoritlərdən biri kimi məhz `İnter`i göstərirlər. Lakin təbii ki, “bankirlər”in `Neftçi` və `Xəzər Lənkəran`ın uğurunu təkrarlayıb-təkrarlamayacağını indidən heç kim dəqiq söyləyə bilməz.
 
Maraqlıdır ki, rusiyalı jurnalistlər `İnter`in favorit olmasını bu şəkildə əsaslandırırlar: “Yayda bu klubun Çempionlar Liqasının təsnifat mərhələsində Polşa `Lech`ini keçməsinə azacıq gücü çatmadı. Daha doğrusu penalti zərbələrində bəxti gətirən Poznan təmsilçisi rəqibini mübarizədən kənarlaşdırmağı bacardı. “Birlik Kuboku”nda `Lech` səviyyəsində ikinci klubu tapmaq isə çətindi. Bakı klubuyla yalnız Qazaxıstanın `Tobol` və Belarusun `Şaxtyor` komandaları mübarizə apara bilər”.
 
Qeyd edək ki, yanvarın 23-dək davam edəcək turnirin qrup mərhələsində `İnter` Moldovanın `İskra-Stal`, Tacikistanın `İstiqlal` və Qırğızıstanın `Neftçi` klubları ilə mübarizə aparacaq. Deməli, mükafatlar uğrunda mübarizə aparmaq üçün ilk növbədə 1/4 final mərhələsinə vəsiqə qazanmaq lazımdı. Maraqlıdı ki, qrupundakı ilk oyununu Qırğızıstan klubuna qarşı keçirəcək Azərbaycan çempuonu həm də “Birlik Kuboku”nun açılışını etmiş olacaq.
  
“Birlik Kuboku”nun bütün iştirakçıları:
 
A qrupu: İnter (Azərbaycan), İskra-Stal (Moldova), İstiqlal (Tacikistan), Neftçi (Qırğızıxtan).
 
B qrupu: Tobol (Qazaxıstan), Skonto (Latviya), Mika (Ermənistan), Bunedkor (Özbəkistan).
 
C qrupu: Zenit (Rusiya), Neftçi (Türkmənistan), Şaxtyor (Belarus), Flora (Estoniya).
 
D qrupu: Rusiyanın gənclər yığması, Dinamo (Ukrayna), HİK (Finlandiya), Ekranas (Litva).
 
`İnter`in qrupdakı rəqibləri ilə görüşlərinin siyahısı belədi:
 
15 yanvar
12:00. İnter – Neftçi
 
16 yanvar
12:00. İstiqlal – İnter
 
18 yanvar
13:00. İnter – İskra-Stal

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.