15 yanvar 2011 14:02

“Tutaq ki, `İnter` “Birlik Kuboku”nu aldı, nə olsun?”

“Yanvarın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürən “Birlik Kuboku” vecsiz bir yarışdı. Bakıdan veteran həmkarlarım da yarışa yollanıblar. Amma mən belə turnirə getmirəm”.
 
Azerisport.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Kazbek Tuayev deyib. Onun sözlərinə görə, “Birlik Kuboku”nun heç bir idman marağı qalmayıb. Bəzi ölkələrin çempionları əvəzedici heyətlə, bir sıra ölkələr isə ümumiyyətlə, vitse-çempion və ya 3-4-cü yerləri tutan komandalarla təmsil olunur. Tuayevin fikrincə, bu turnir pis siyasi fars, məzhəkədir:
 
“Rusiya tərəfi keçmiş müttəfiq respublikaların komandalarını bir araya gətirməklə siyasi məqsəd güdür. Həm də FİFA və UEFA-nın təqvimində yer aldığı üçün Rusiya Futbol İttifaqının turniri hər il candərdi təşkil etməkdən başqa çarəsi yoxdur. Oyunların keçirildiyi süni örtüklü meydançalarda futbolçular zədələnə bilərlər. Turnirə komandalar ya ikinci heyətlə qatılır, ya da ölkə çempionları yox, 2-3-cü, hətta 4-cü yeri tutan komandalar gəlir. Ən üfunətli futbol Ermənistandadır, onlar da öz çempionatlarında 4-cü yeri tutan komandanı turnirə göndəriblər”.
 
Azərbaycanı “Birlik Kuboku”nda Premyer Liqasının son qalibi `İnter` təmsil edir. Paytaxt klubu yarışa Türkiyənin Antalya şəhərində hazırlaşıb və Sankt-Peterburqa əsas heyət oyunçuları ilə yollanıb. Ona görə də komandamızın adı turnirin favoritləri sırasında göstərilir. Lakin Tuayevin sözlərinə görə, `İnter` “Birlik Kuboku”nu alsa belə, bu, heç kimə lazım olmayan uğur sayılmalıdır:
 
“Lap tutaq ki, `İnter` kuboku aldı. Nə olsun? Kimə lazımdır o kubok? İlk 3-4 ilində “Birlik Kuboku”nun bir nüfuzu vardı. İndi isə turnirdə ən zəif komandalar çıxış edir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.