15 yanvar 2011 14:16
Bekkenbauer: Mourinyo kobud və tərbiyəsizdi
Almaniyanın `Bayern` (Münhen) klubunun fəxri prezidenti Frans Bekkenbauer Madrid `Real`ının baş məşqçisi Joze Mourinyonu kəskin tənqid edib. Azerisport.az xəbər verir ki, alman əfsanə portuqaliyalı mütəxəssisin ötən ilin ən yaxşı məşqçisi seçilməsini etirazını dilə gətirib.
Onsuz da kəskin çıxışları ilə seçilən Mourinyonu təbdən çıxaracaq açıqlamalar verən Bekkenbauer onun ən yaxşı baş məşqçi seçilməsini başa düşmədiyini bildirib: “Komandaların kapitanlarının və baş məşqçilərinin bu seçimini anlaya bilmirəm. Əlindəki heyəti ən yaxşı şəkildə dəyərləndirdiyini və ən yüksək nəticəni əldə etdiyini iddia edirlər. Halbuki, Mourinyonun Barcelona qarşısında düşdüyü çarəsizliyi isə hamımız gördük. Uğuru necə əldə etməsi və necə kobud adam olduğunu hamı bilir. Çox kobud və tərbiyəsiz adamdı. Kaşmir gödəkçələr geyməsi onu centlmen edə bilməz”.
