15 yanvar 2011 14:20
Kaxaber Sxadadze: Bir sıra səhvlərimiz oldu
Son Azərbaycan çempionu `İnter`in baş məşqçisi Kaxaber Sxadadze bu gün keçirilən “Birlik Kuboku”nun açılış turunda Qırğızıstanın `Neftçi` klubuyla keçirilən oyunu barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, gürcü çalışdırıcısı komandasının 3:0 hesablı qələbəsi haqda bunları söyləyib:
“Normal oyun keçdi, ancaq bir sıra səhvlərimiz oldu. Bizim ilk vəzifəmiz qrupdan çıxmaqdı. Strateji planlarımız isə bu turniri qazanmaqla bağlıdı. Çox yaxşı başlanğıc edə bildik. Buna görə çox şadam”.
