15 yanvar 2011 14:43
`Neftçi`nin baş məşqçisi: `İnter` bizdən güclüdü
Qırğızıstanın `Neftçi` klubunun baş məşqçisi Aleksandr Krestenin bu gün start götürən “Birlik Kuboku”nun açılış matçında qarşılaşdıqları Azərbaycan çempionu `İnter` ilə oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, rəqib komandanın çalışdırıcısı 3 cavabsız qolla məğlub olduqları qarşılaşma haqda bunları dilə gətirib:
“Biz belə oyunu və nəticəni gözləmirdik. Düşünmürdüm ki, bu qədər səhv buraxa bilərik. `İnter` güclü rəqibdi. Bu gün bizdən daha yaxşı idilər”.
