15 yanvar 2011 14:56
Yığmamızın üzvü açılış oyununun ən yaxşısı oldu
“Birlik Kuboku”nun təşkilatçıları bu il keçirilən turnirin hər bir oyunundan sonra komandaların ən yaxşılarını müəyyənləşdirəcək. Azerisport.az xəbər verir ki, artıq Azərbaycan çempionu `İnter`in iştirakıyla baş tutan turnirin açılış matçının ən yaxşıları məlumdu.
Təşkilat Komitəsi komandamızın 3:0 hesabıyla qələbə qazandığı görüşdə yığma komandamızın da şərəfini qoruyan Aleksandr Çertoqanovu `İnter`in, Axror Rahmanjanovu isə Qırğızıstan `Neftçi`nin ən yaxşısı seçib.
