15 yanvar 2011 15:09

Rəşad Sadıqovun komanda yoldaşı məhkəməlik oldu

Millimizin kapitanı Rəşad Sadıqovun Türkiyənin `Eskişehirspor` klubunda komanda yoldaşı olan Batuhan Karadeniz məhkəməyə verilib. Azerisport.az xəbər verir ki, digər Superliqa təmsilçisi `Kasımpaşa`da çıxış edən Merthan Açıl Karadenizin maddi-mənəvi təzminat ödəməsi tələbi ilə məhkəməyə müraciət edib.
 
Qeyd edək ki, buna Superliqanın 17-ci turunda oynanılan `Kasımpaşa` - `Eskişehirspor` matçında qonaq komandanın oyunçusu Batuhan Merthanın ayağına basaraq, rəqibini ciddi şəkildə zədəlimişdi. Meydan sahiblərinin 0:2 hesabıyla məğlub olduğu qarşılaşmanın 40-cı dəqiqəsində baş verən bu hadisə azmış kimi, Karadeniz oyunu saxlamamış və ələ keçirdiyi topla irəliləyərək, komandasını hesabda önə keçirmişdi. Merthan həkimlərin köməyi sayəsində oyuna davam etsə də, matçdan sonrakı müayinə zamanı sağ ayağının iki barmağında qırıq aşkarlanmışdı.
 
Məhz həmin olay nəticəsində əməliyyat olunan və 3 ay yaşıl meydanlardan uzaq qalacaq Merthan üstündən bir müddət keçməsinə baxmayaraq, Batuhanın həmin hərəkəti qəsdən etdiyi iddiasıyla məhkəməyə müraciət etməyə qərar verib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.