15 yanvar 2011 15:26
Vidadi Rzayev də özünə iş yeri tapdı
Azərbaycanın veteran futbolçularından olan, hazırda fəaliyyətini məşqçi kimi davam etdirən Vidadi Rzayev özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, `Qəbələ` və `Karvan`ın sabiq məşqçisi bundan sonra yenidən fəaliyyətini bərpa edən `Kəpəz` futbol klubunda çalışacaq.
O, bu komandanın baş məşqçisi olan Mehman Allahverdiyevə köməkçi təyin edilib. Maraq üçün qeyd edək ki, `Kəpəz`in ölkə çempionatına qayıdışı yalnız gələn mövsümdən baş tutacaq. Hazırda komanda formalaşdırmaqda olan bölgə klubunun rəhbərliyi yaya qədər bu işləri başa çatdırmağı və birinci divizionda mübarizəyə başlamağı hədəfləyir.
