15 yanvar 2011 15:52
Starkov Bakıda Şeferin istefasını gözləyir
`Bakı`nın baş məşqçisi Vinfrid Şeferin komandadan getməyəcəyi haqda ultimatumundan dərhal sonra Aleksandr Starkovun vətəninə yollandığı haqda xəbərlər yayılsa da, bu, belə deyilmiş. Azerisport.az xəbər verir ki, bu ilin ilk günlərindən Bakıya təşrif buyuran Latviya millisinin çalışdırıcısının heç yerə getmədiyi məlum olub.
Hələlik təyinatı rəsmiləşmədiyindən `Skonto`nin sabiq çalışdırıcısına ev ayrılmayıb. Əvəzində o, paytaxtdakı otellərdən birində qalır. Paytaxt klubunun rəhbərliyi kimi, latviyalı mütəxəssis də Şeferin yola gəlib, klubla müqaviləsinin ləğvinə razı olmasını gözləyir. Yalnız bundan sonra Starkov rəsmi müqaviləyə imza atıb, işə başlayacaq.
