15 yanvar 2011 16:49

Ələkbər Məmmədov: Biz hələlik “Birlik Kuboku”na əsas heyətlə getməliyik

Azərbaycanın veteran futbolçusu Ələkbər Məmmədov Sankt-Peterburqda azerisport.az saytının əməkdaşının suallarını cavablayıb.
 
- Sizcə “Birlik Kuboku” nə dərəcədə vacib turnirdi?
- Veteranlar üçün bu turnirin xüsusi əhəmiyyəti var. Bu, bir çoxlarıyla yenidən görüşməyə imkan verir. Axı məhz yanvarda Moskvaya və ya Peterburqa səfər etməli oluruq. Bu dəfə də keçmiş həmkarlarımla görüşməyi planlaşdırıram. Eyni zamanda `İnter`in oyununu izləməyim də maraqlı olacaq.
 
- Azərbaycan çempionundan nə gözləyirsiz?
- Çox böyük ümidlərim var. Onlarda bu turniri qazanmaq üçün hər cür şans var. Demək olar ki, biz qələbəylə dönə bilərik. Heyət də daha çox şey gözləməyə imkan verir. Başlıcası odu ki, rəqiblərə hörmət edib, layiqincə qiymətləndirə bilələr. Favorit olsaq da, rəqabət çox yüksəkdi.
 
- `İnter` “Birlik Kuboku”na sahib çıxan üçüncü Azərbaycan klubu ola bilər. Ola bilər ki, bundan sonra daha klublarımız da bura əvəzedici heyətlərini göndərsinlər?
- Bizə hələlik əsas heyətlə gəlməyimiz lazımdı. Bizim azarkeşlər üçün “Birlik Kuboku” çox şey deməkdi. İstəyirəm ki, mətbuat da bu baxımdan diqqətli olsun. Bu turnirin əhəmiyyətini kimlərinsə gəlməməsinə görə azaltmaq lazım deyil.
 
- Sizcə, `İnter` heyətinə görə bütün iştirakçılardan güclüdü?
- Mən hələlik bütün iştirakçıların heyəti ilə yaxından tanış deyiləm. Amma onu deyə bilərəm ki, `İnter`in futbolçuları özlərini göstərməyə hazırdılar. Biz sadəcə qələbə qazanmağa borcluyuq. Ümid edirəm ki, belə də olacaq və Bakıya kubokla birgə qayıdacağıq.
 
- Sizcə turnirin imicini geri qaytarmaq üçün nə etmək lazımdı?
- Bu yolda ilk öncə Rusiya və Ukrayna çempionlarının əsas heyətlə mübarizə aparması lazımdı. Digər tərəfdən bu turniri başqa şəhərlərdə təşkil etmək barədə də düşünməyə dəyər. Moskva və Sankt-Peterburq artıq bu turnirə ev sahibliyi edib. Dəyişikliklər lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.