15 yanvar 2011 16:54
Nazim Süleymanova yeni köməkçi təyin olundu
AZAL-ın baş məşqçisi Nazim Süleymanova yeni köməkçi verilib. Azerisport.az xəbər verir ki, Novruz Əzimovun gedişindən sonra vakant qalan baş məşqçinin köməkçisi vəzifəsi Rafiq Mirzəyevə tapşırılıb.
Klub prezidenti Vaqif Qasımov hazırda əvəzedici heyəti çalışdıran Mirzəyevin paralel olaraq əsas komandada da fəaliyyət göstərməsini məqsədəuyğun sayıb. Beləliklə, AZAL-ın məşqçilər korpusunda olan boşluq aradan götürülüb.
