15 yanvar 2011 17:21
AZAL yeni ilə qələbə, Yuska dublla başladı
Hazırlığını Bakıda davam etdirən AZAL yeni ildə ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “Şəfa” stadionunda baş tutan qarşılaşmada Nzaim Süleymanovun yetirmələri əvəzedici komandanı sınağa şəkib.
Matçda dubl edən Qvidas Yuskanın qolları əsas komanda əvəzedicilər üzərində qələbə qazanıb. Qeyd edək ki, komanda növbəti yoldaşlıq görüşünü sabah keçirəcək və rəqib Zaqatalanın `Simurq` klubu olacaq.
