15 yanvar 2011 17:28

`Roma`nın sabiq oyunçusu `Xəzər Lənkəran`da (FOTO)

Antalyada təlim məşq toplanışında olan `Xəzər Lənkəran`ın düşərgəsinə daha üç futbolçu gəlib. Bunlar Rumıniyanın `Gaz-Metan` klubundan azad agent kimi gələn qapıçı Kosmin Vatça, son klubu Kluj `Universtatya`sı olan 28 yaşlı arxa xətt oyunçusu Adrian Pit və 25 yaşlı hücuma meylli yarımmüdafiəçi Çiacu Hristudu.
 
Xatırladaq ki, Hristu Rumıniyanın U-21 və U-23 də 20 oyun keçirib və üç qol vurub. Son klubu isə `Politexnika` (Timişiora) olub. Adrian Pit isə 2007/10 mövsümlərində İtaliyanın aparıcı klublarından olan `Roma`nın da şərəfini qoruyub. Hər üç rumıniyalı futbolçu dünən axşam saatlarından `Xəzər Lənkəran`a baxışdan keçmək üçün gəliblər.
 
Bu gün komanda yalnız bir dəfə axşam məşqinə çıxacaq, gündüz isə futbolçulara istirahət veriləcək. Bununla belə komandaya yeni qoşulan baxışa gəlmiş futbolçular səhər saatlarında məşqçilər korpusunun nəzarətində yüngül idmanla məşğul olublar.
 
Qeyd edək ki, düşərgəyə daha iki futbolçu təşrif buyurub. Hər ikisi makedoniyalı olan Dusan Saviç və Georgi Mojsov haqda da yekun qərar qarşıdakı günlərdə veriləcək. Qeyd edək ki, Savic Makedoniya millisində 6 dəfə meydana cıxıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.