15 yanvar 2011 17:49
`Qəbələ` `Antalyaspor`la sülh bağladı
U-17 Liqanın 2009-2010-cu il mövsümünün qalibi olan `Qəbələ` klubunun müvafiq yaş qrupundan ibarət komandası AFFA tərəfindən Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına göndərilib. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində `Qəbələ` U-17 artıq bir sınaq matçına da qüvvəsini sınayıb.
Türkiyənin `Antalyaspor` klubunun nəzdindəki müvafiq yaş qrupundan ibarət komanda ilə yoldaşlıq oyunu keçirən təmsilçimiz 2:2 hesablı heç-heçə ilə kifayətlənib. `Qəbələ`nin heyətində Kamil Mirzəyev və Əsgər Nəbiyev fərqlənib.
