15 yanvar 2011 19:48
`Rubin` `Neftçi`yə “atdı”
Yanvarın 19-da Türkiyənin Antalya şəhərində `Neftçi` ilə Rusiyanın `Rubin` klubları arasında sınaq matçının keçiriləcəyini xəbər vermişdik. Lakin azerisport.az xəbər verir ki, Bakı təmsilçisiylə Rusiya klubunun əsas yox, gənclərdən ibarət komandası qarşılaşacaq.
Bu haqda Rusiya klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, `Rubin`in 21 yaşadək futbolçulardan ibarət komandası bu gün Antalyaya yollanıb. İki həftəlik təlim-məşq toplanışı çərçivəsində Kazan təmsilçisi yoxlama matçı keçirəcək. Həmin oyunlardan ikisində isə rəqib Azərbaycan komandasıdı. `Rubin`in gəncləri yanvarın 19-da `Neftçi`nin əsas komandası ilə, yanvarın 26-da isə 17 yaşlılardan ibarət yığmamızla münasibətlərinə aydınlıq gətirəcək.
