15 yanvar 2011 13:46
`İnter` `Neftçi` üzərində darmadağınla başladı (YENİLƏNİB)
Bu gün start götürən “Birlik Kuboku”nun açılış oyununda son Azərbaycan çempionu `İnter` Qırğızıstanın `Neftçi` klubuyla qarşılaşıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz turnirə inamlı qələbəylə start verib.
Birlik Kuboku
Qrup mərhələsi
1-ci tur
12:00. İNTER – NEFTÇİ - 3:0 (2:0)
Qol: Karlsons, 19 (1:0). Çertoqanov, 44 (2:0), Eqorov, 78 (3:0).
Baş hakim: Vladimir Mişkov (Rusiya).
İNTER: Lomaya, Çertoqanov, Əmiraslanov (Kruqlov, 46), Çervenka, Zlatinov, Levin, Kandelaki, Obikadze (Yeqorov, 66), Karlsons (Sxadadze, 66), Abramidze (Assioli, 80), Mjavanadze (Daşdəmirov, 70).
NEFTÇİ: Pryadkin, Keker, Karyak, Rahmanjanov, Mamatov, Piliças, Tarasov, Kozibaev, Petroşeviç, Boyko, Cumatayev (Cəmşidov, 61).
1. Matç başladı
4. Karlsonsun baş zərbəsi azca yan keçdi
7. Karslons sarı vərəqə aldı
19. Karslons hesabı açdı – 1:0
22. Mjavanadze sarı vərəqə aldı
24. `İnter`in qapısı qarşısında ciddi təhlükə olsa da, hər şey yaxşı qurtardı
30. Komandalar daha çox ehtiyatlı oyuna üstünlük verdiyindən ciddi qol epizodları yaranmır
33. Obikadze əlverişli vəziyyətdən yararlana bilmir
34. Mjavandzeyə qarşı kobud oynayırlar
36. Zlatinovun təhlükəsi zərbəsi üstdən keçir
39. Zlatinovun uzaqdan zərbəsini son anda qapıçı dəf edir
44. Çertoqanov hesab arasındakı fərqi artırdı - 2:0
46. Fasilədə Əmiraslanovu Kruqlov əvəzlədi
47. Komandamız ikinci hissədə də hücum futbolu sərgiləyir
49. Çervenkanın uzaqdan zərbəsində azacıq dəqiqlik çatışmadı
56. Karyak Karlsonsa qarşı kobud oyuna görə sarı vərəqə alır
58. Zlatinov cərimə zərbəsindən dəqiq yararlana bilmir
61. Cumatayevi Cəmşidov əvəzləyir
64. `İnter`in qapısına cərimə zərbəsi təyin olunur
66. Sxadadze Karlsonsu, Yeqorov isə Obikadzeni əvəzləyir
70. Mjavanadzeni Daşdəmirov əvəzləyir
74. `İnter` `Neftçi`nin heç bir təhlükəli vəziyyət yaratmasına imkan vermədiyi halda, hücumlarını davam etdirir
76. Sxadadzenin zərbəsi nəticə gətirmir
78. Eqorov künc zərbəsindən sonra başla rəqib qapısından üçüncü qolu keçirir - 3:0
80. Abramidzeni Assioli əvəzləyir
82. Zlatinovla Sxadadze qola yaxın olsa da, qapı tiri rəqibin köməyinə çatır
86. Komandamız daha bir qol vurmağa çox yaxın idi. Lakin öncə rəqib qapıçının sayıqlığı, ardından futbolçularımızın qeyri-dəqiqliyi 4-cü qolun gerçəkləşməsinə mane oldu
Matç başa çatdı
Qeyd edək ki, `İnter`in yer aldığı A qrupundakı digər oyunda isə Tacikistan `İstiqlal`ı Moldovanın `İskra-Stal` klubuyla münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma heç-heçə başa çatıb - 1:1. Komandamız növbəti oyununu sabah məhz `İstiqlal`a qarşı keçirəcək.
