15 yanvar 2011 00:18
Rəşad Sadıqov komandasının rekordçusu oldu
Türkiyənin `Eskişehirspor` klubu Antalyadakı təlim-məşq toplanışına yekun vurub. Azerisport.az xəbər verir ki, millimizin kapitanı Rəşad Sadıqovun da heyətində yer aldığı Superliqa təmsilçisi artıq Eskişehirə dönüb.
Maraq üçün qeyd edək ki, `Es-Es` toplanış dövründə 4 yoldaşlıq görüşündə qüvvəsini sınadı. Həmin oyunlarda baş məşqçi Bülənt Uyğun digər yetirmələrindən daha çox Sadıqova şans verib. Həmyerlimiz bütövlükdə 295 dəqiqə meydanda olub.
Rəşad Sadıqovun `Es-Es`in heyətindəki bütün oyunları:
Villem II (0:0), 90 dəqiqə
Schalke (1:1), 90 dəqiqə
Werder (3:1), son 25 dəqiqə
Ergsebirge (2:1), 90 dəqiqə
