16 yanvar 2011 01:18
Kovalyov Superliqa klubuna qarşı oynadı və təkzib etdi
Türkiyənin `Kartalspor` klubu Antalya toplanışı çərçivəsində növbəti yoldaşlıq görüşünü keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimiz Vitali Kovalyovun da şərəfini qoruduğu Bank Asiya birinci liqa təmsilçisi Superliqa klublarından olan `Gaziantepspor`la qarşılaşıb.
Kovalyovun da 90 dəqiqə meydanda olduğu qarşılaşma 1:1 hesabıyla başa çatıb. Təcrübəli qapıçı həmçinin Salyanın `Muğan` klubuna keçəcəyi barədə xəbərlərə də münasibətini bildirib. Onun sözlərinə görə, yayılan xəbərlər sadəcə şayiədi: “Belə informasiyaları hardan alırsız? Bu klub heç mənimlə əlaqə də saxlamayıb”.
