16 yanvar 2011 01:30
`Neftçi`yə qol vurdu, `İnter`lə müqavilə bağlayır (FOTO)
Rusiyanın `Luç-Enerji` klubunun sabiq hücumçusu Sergey Yeqorov son Azərbaycan çempionu `İnter`ə keçməyə çox yaxındı. Azerisport.az xəbər verir ki, o, hazırda paytaxt klubunda baxışda olan futbolçu yaxın günlərdə “bankirlər”lə müqavilə bağlamağa hazırlaşır.
Qeyd edək ki, “Birlik Kuboku”nun açılış matçında `İnter`in Qırğızıstan `Neftçi`si üzərindəki qələbəsində məhz qollardan birinə imza atan Yeqorovun da payı oldu.
