16 yanvar 2011 01:47
`Atırau` Məmmədova görə azarkeşlərindən üzr istədi
Qazaxıstanın `Atırau` klubu azarkeşlərindən üzr istəyib. Azerisport.az xəbər verir ki, buna komandanın azərbaycanlı baş məşqçisi Ramiz Məmmədovun postunda qalacağı müddət ərzində heç bir erməni futbolçuyla işləməyəcəyinə dair açıqlaması səbəb olub.
`Atırau` rəhbərliyinin klubun rəsmi saytı vasitəsilə geniş yer ayırdığı bu məsələ ilə bağlı bəyanatda qeyd olunur ki, Ramiz Məmmədovun fikirləri təhrif olunub. Həmçinin azərbaycanlı mütəxəssisin erməni Tiqran Karabaxtsyanı komandada saxlamamasına da toxunan klub rəsmiləri bildirib ki, onun göndərilməsinə erməni futbolçunun hələ ötən mövsümdən bir dəfə də olsun meydana çıxa bilməməsi və heç sabiq baş məşqçi Aymanovun dövründə də özünü göstərməməsi səbəb olub. Ramiz Məmmədovun onu komandada saxlamamasına da məhz bu səbəb olub.
