16 yanvar 2011 14:16
Kaxaber Sxadadze: Qrupdan lider kimi çıxmaq istəyirik
`İnter`in baş məşqçisi Kaxaber Sxadadze bu gün keçirilən “Birlik Kuboku”nun qrup mərhələsinin ikinci turundakı Tacikistan `İstiqlal`ı ilə qarşılaşma barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “bankirlər”in çalışdırıcıs 3 cavabsız qolla qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Komandamız matça heç də taqətsiz çıxmamışdı, sadəcə təmkinli oynamağa çalışırdıq. Burda qol vəziyyətlərinin reallaşmasındakı zəiflik də sözünü deyirdi. Yaxşı ki, ilk hissənin sonlarında qol vura bildik. İkinci hissədəki əvəzləmələr isə oyundakı fəallığı daha da artırdı. `İskra-Stal` ilə oyun bizim üçün vacibdimi? Bəli. Çünki biz 1/4 finala qrupdan lider kimi yüksəlmək istəyirik”.
