16 yanvar 2011 14:22
Alimcan Rafiqov: `İnter`lə oyundan yaxşı nəticə gözləyirdik
Qazaxıstanın `İstiqlal` klubunun baş məşqçisi Alimcan Rafiqov bu gün keçirilən “Birlik Kuboku”nun qrup mərhələsinin Azərbaycan çempionu `İnter`lə oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təmsilçimizin 3 cavabsız qolla məğlub etdiyi rəqibinin çalışdırıcısı bunları dilə gətirib:
“Biz `İskra-Stal` ilə heç-heçə etdikdən sonra, bu qarşılaşmadan da yaxşı nəticə gözləyirdik. Ancaq `İnter` bizdən bir az güclü idi. Mən öz oyunçularımdan narazıyam. Çünki öz oyunumuzu sərgiləyə bilmədik”.
