16 yanvar 2011 14:30
Millimizin daha bir oyunçusu “Birlik Kuboku”nda ən yaxşı oldu
“Birlik Kuboku”nun qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən `İstiqlal` - `İnter` görüşündə komandaların ən yaxşı futbolçuları müəyyənləşib. Azerisport.az xəbər verir ki, təşkilat komitəsinin hər oyun üçün müəyyənləşdirdiyi bu qaliblərə xüsusi mükafat da verilir ki, Azərbaycan çempionunun heyətində bu dəfə həmin mükafatı Vladimir Levin qazanıb.
Komandamızın 3:0 hesabıyla qələbə qazandığı görüşdə rəqib komandanın düşərgəsində isə Sahib Savunkulov fərqləndirilib. Qeyd edək ki, `İnter`in dünən keçirilən Qırğızıstan `Neftçi`si ilə görüşündə də millimizin daha bir üzvü Aleksandr Çertoqanov ən yaxşı seçilmişdi.
