16 yanvar 2011 14:36
Azərbaycanlılar ermənilərlə oyunda `Tobol`a azarkeşlik edir
Azərbaycan çempionu `İnter`i dəstəkləmək üçün `Peterburqski` İdman Kompleksinə gələn azərbaycanlı azarkeşlər Tacikistan `İstiqlal`ı üzərində 3:0 hesablı qələbədən sonra arenanı tərk etməməyə qərar verib. Azerisport.az xəbər verir ki, məhz bu arenada həmin oyunun ardınca başlayan görüşdə Qazaxıstanın `Tobol` klubu Ermənistan `Mika`sıyla qarşılaşdığından, həmyerlilərimiz qazaxlara azarkeşlik etməyi daha vacib hesab ediblər.
