16 yanvar 2011 15:14
Minimum vəzifə yerinə yetirilsə də…
Sankt-Peterburqda keçirilən “Birlik Kuboku”ndakı təmsilçimiz – son Azərbaycan çempionu bu gün turnirdəki ikinci oyununu keçirdi. Azerisport.az xəbər verir ki, Tacikistan `İstiqlal`ı ilə qarşılaşan və ilk oyununda Qırğızıstan `Neftçi`sini 3 cavabsız qolla yenən “bankirlər” bu dəfə də eyni hesablı qələbəyə sevindilər – 3:0.
Əslində, ilk oyunda olduğu kimi, bu dəfəki görüşdə də təmsilçimizin qələbəsi gözlənilən idi. Hər halda çoxları belə hesab edir ki, `İnter` ən azı heyətinə, oyunçularının səviyyəsinə görə qrupdakı rəqiblərindən bir baş üstündü. Elə sərgilənən oyun da nisbətən Azərbaycan komandasının üstün tərəf olduğunu göstərmiş oldu. Həm dünənki, həm də bu günkü görüşlərdə qazanılan 3 cavabsız qollu qələbələr belə deməyə əsas verir.
Daim heyətindəki legionerlərin sayının çoxluğuna görə tənqid olunan `İnter`in azərbaycanlı futbolçuları arxa plana keçirməsi narahatlıq doğurmaya bilmir. Lakin taciklərlə qarşılaşma həm də onunla əlamətdar oldu ki, baş məşqçi Kaxaber Sxadadze daşı ətəyindən töküb əvəzedici heyətin bir çox üzvünə, həmçinin gənc azərbaycanlı oyunçulara da şans tanıdı. Start heyətində yalnız Daşdəmirovu oynadan gürcü fasilədən sonra artıq qələbə qazanacaqlarına əmin olduqdan sonra Rövşən Əmiraslanovu, Şəhriyar Rəhimovu, hətta qapıçı Səlahət Ağayevi də meydanda buraxmaqla az da olsa, oyun təcrübəsi qazandırmış oldu. Bu mənada heyət üzünə daha çox həsrət qalan gənc qapıçını xüsusi vurğulamağa dəyər. Şəhriyar isə Sxadadzenin bu şansından həm də qol vurmaqla yararlandı ki, onların bu uğuru sevindirməyə bilməz.
Artıq ilk iki oyununda qazanılan 6 xal `İnter`in 1/4 final mərhələsinə vəsiqə qazanmasına şərait yaratdı. Lakin bu qələbələr Azərbaycan çempionunu qətiyyən arxayınlaşdırmamalıdı. Hər halda qrupdan lider və ya ikinci kimi çıxmaq vəzifəsi məhz `İskra-Stal`la son görüşdə müəyyənləşəcək ki, Moldova təmsilçisi digər rəqiblərlə müqayisədə daha yaxşı təsir bağışlayır. Hər halda elə qrup ikincisi olması hər şeyi deyir. Ancaq pley-off mərhələsində daha ciddi sınaqların olduğunu nəzərə alsaq, `İnter`ə arxayınlaşmaq üçün heç bir əsas yeri olmadığını əminliklə vurğulamaq olar.
Sabah “Birlik Kuboku”nda fasilə olacaq. Komandalar qrup mərhələsinin oyunlarına yanvarın 18-də yekun vuracaqlar.
Birlik Kuboku
Qrup mərhələsi (2-ci tur)
A qrupu
İstiqlal (Tacikistan) – İnter (Azərbaycan) – 0:3 (0:1)
Qollar: Çervenka, 44 (1:0). Karlsons, 63 (2:0). Rəhimov, 80 (3:0).
Vərəqələr: Zlatinov, Karlsons.
Baş hakim: Sergey Lapoçkin.
16 yanvar. Sankt-Peterburq.
İSTİQLAL: Tuçiya, Rəcəbov (İrqaşev, 78), Erkişiya, Savonkulov, Habibulayev (Abramov, 59), Fatxulayev (Cəlilvov, 60), Davranov, Sadiqov, Vosiyev (Soburov, 67), Qoxirov, Rabiyev (Saidov, 72).
İNTER: Lomaya (Ağayev, 83), Daşdəmirov, Levin, Assioli, Kandelaki (Mjavanadze, 46), Çervenka (Despotovski, 54), Çertoqanov, Kruqlov (Əmiraslanov, 81), Zlatinov (Rəhimov, 68), Obikadze (Yeqorov, 64), Karlsons (Sxadadze, 68).
Qrupun digər oyunu:
İskra-Stal (Moldova) – Neftçi (Qırğızıstan) – 1:0
|
1
|
İnter
|
2
|
2
|
0
|
0
|
6-0
|
6
|
|
2
|
İ-Stal
|
2
|
1
|
1
|
0
|
2-1
|
4
|
|
3
|
İstiqlal
|
2
|
0
|
1
|
1
|
1-4
|
1
|
|
4
|
Neftçi
|
2
|
0
|
0
|
2
|
0-4
|
0
|
Qrupun son oyunları:
18 yanvar
13:00. İnter – İskra-Stal
13:00. Neftçi - İstiqlal
