16 yanvar 2011 15:44
`Qarabağ` Antalyadakı 8-ci gününü də trenajora həsr etdi
`Qarabağ` Antalyadakı təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, toplanışın 8-ci gününə nəzərdə tutulan iki məşqdən biri artıq keçirilib.
Qurban Qurbanovun komandası yerli vaxtla 10:30-da trenajor zalında çalışıb. Öncə açıq havada isinmə hərəkətləri edən futbolçular zalda təxminən 90 dəqiqə çalışıb. Fərqli alətlər üzərində 2 təkrarla çalışan komanda günün ilk məşqini beləcə başa vurub.
