16 yanvar 2011 16:18

`Galatasaray`ın yeni arenası üçün qalmaqallı açılış (FOTOLAR)

Türkiyənin `Galatasaray` klubunun yeni inşa etdirdiyi `Türk Telekom Arena`nın dünən möhtəşəm açılış mərasimi təşkil olundu. Lakin azerisport.az xəbər verir ki, arenanın açılış böyük qalmaqallarla yadda qaldı.
 
Qeyd edək ki, təxminən 2 saat davam edən açılış mərasiminə dünyanın bir sıra yerindən `Galatasaray`a bağlılığı olan tanınmış insanlar dəvət olunmuşdu. Hətta Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğanın da qatıldığı yeni stadionun açılışı üçün hər şey edilsə də, `Galatasaray` azarkeşlərinin xoşagəlməz hərəkətləri Türkiyəyə böyük şok yaşadıb. Çünki tərəfdarlar bu arenanın inşa olunmasında böyük fədakarlıq göstərmiş nazirə qarşı hörmətsizlik ediblər. Onun arenanın açılışına gəldiyini eşidincə tərəfdarlar Erdoğanı fitə basıb. Azarkeşlərin bu hərəkətinə qarşılıq olaraq mərasimdə sona kimi oturmayan baş nazir arenanı tərk etməyə qərar verib.
 
Açılış mərasiminin sonunda `Galatasaray` yeni arenasında ilk oyununa da çıxıb. Hollandiyanın `Ajax` klubu ilə qarşılaşan “sarı-qırmızılar” yeni arenalarındakı debüt matçından qolsuz ayrıldığı halda, azarkeşlərinin tərbiyəsizliyindən qəzəblənən `Galatasaray` prezidenti Adnan Polat da bu matçı sona kimi izləməyib və arenadan tez ayrılıb.
 
Bütün bunlarla yanaşı Türkiyə mətbuatı bir sıra `Galatasaray`lının, həmçinin digər tanınmış şəxslərin dünənki tədbirə dəvət olunmamasını, dəvət olunanlara da lazımı qonaqpərvərliyin göstərilməməsini də biabırçılıq kimi qeyd edib. Bu mənada ən xoşagəlməz olaylardan biri də qardaş ölkənin ünlü çalışdırıcılarından olan Fatih Terimin arenanın girişində üzləşdiyi xoşagəlməz olay nəticəsində elə ordan geri qayıtması olub.
 
Türk Telekom Arenadakı ilk oyuna gəlincə, matçın protokoluna baxmaqla, hər şeydən xəbər tuta bilərsiz.
 
Yoldaşlıq görüşü
GALATASARAY – AJAX - 0:0
İstanbul. Türk Telekom Arena
Baş hakim: Fırat Aydınus.
 
Galatasaray: Ufuk, Serkan (İnsua, 46, Cana, Servet (Semih, 67), Hakan (Barış, 46), Sabri, Ayhan (Mustafa, 46), Emre (Cumhur, 89), Culio (Aydın, 59), Arda, Kazım (Anıl, 59).
Ajax: Stekelenburg, Van Der Viel (Anita, 59), Alderveyreld, Vertongen (Oojier, 79), Emanuelson (Blind, 63), De Zeeuv, Enoh (Suares, 63), Suleymani, Eriksen, Bonevaçya (Aras, 78, De Yonq (Lindgren, 80).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.