16 yanvar 2011 16:47
Qus Hiddink özünə köməkçi axtarır
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının baş məşqçisi Quus Hiddink, özünə Avropada və Türkiyədə futbol oynamış bir köməçki məşqçi axtarır. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis bu haqda Hollandiyanın `De Telegraaf` qəzetindəki köşə yazısında məlumat yayıb.
Lakin hollandiyalı mütəxəssis həmin məşqçinin ona əsas komandada yox, gənclərdən ibarət əvəzedici komanda üçün lazım olduğunu bildirib: “Gənclərdən ibarət komandaya Fuat Usta kimi həm Avropa, həm də Türkiyədə futbol oynamış bir məşqçi istəyirəm ki, onun yanında çalışmaqla mənim də məşqçilər korpusumu gücləndirsin”.
