16 yanvar 2011 17:17
“İnter`in favorit olmasından danışmaq tezdi”
“Birlik Kuboku”nun A qrupunda Azərbaycan çempionu `İnter`lə eyni qrupda yer alan Qırğızıstanın `Neftçi`nin futbolçusu Axrorjon Rahmancanov bildirib ki, komandamız heç də turnirin əsas favoritlərindən deyil. “Bankirlər”lə dünən keçirilən görüşdə 3 cavabsız qolla yenilmələrinə baxmayaraq, qırğız oyunçu azerisport.az saytına müsahibəsində maraqlı fikirlər səsləndirib:
“Biz ilk dəfədi belə turnirdə iştirak edirik və çox çətin oyun oldu. Ancaq düşünürəm ki, növbəti oyunlarda hər şey qaydasına düşəcək. Şübhəsiz ki, `İnter` bu gün qələbəyə layiq idi. Hesab daha böyük də ola bilərdi, əskinə də. Ancaq istənilən halda qələbə 3 xal gətirir, məğlubiyyət isə heç kimə heç nə qazandırmır. Səhvlərimizə gəlincə, bir komanda səhv etməsə, digəri qələbə qazana bilməz. Problemlərimiz çoxdu, komandaya yeni gələnlər var. Müdafiədə daha diqqətli oynamağa çalışsaq da, hücumda da çatışmazlıqlar az deyil. `İnter`ə gəlincə, hələ heç nə bəlli deyil. Qoy bütün komandalar öz oyunlarını keçirsin, ondan sonra kimin favorit olduğu az-çox bilinəcək”.
