16 yanvar 2011 17:34

Starkov rəsmən `Bakı`nın baş məşqçisi təyin olundu

`Bakı` futbol klubunda baş məşqçi vəzifəsinə gözlənilən təyinat reallaşıb. Azerisport.az xəbər verir ki, 55 yaşlı latviyalı mütəxəssis Aleksandr Starkov paytaxt klubunun yeni baş məşqçisi təyin olunub. Latviya milli komandasının baş məşqçisi ilə 2,5 illik müqavilə imzalanıb.
 
Aleksandr Petroviç Starkov 26 iyul 1955-ci il tarixində Latviyanın Madona şəhərində (keçmiş SSRİ) anadan olub. 10 yaşından futbolla məşğul olub. 18 yaşlı Starkov peşıkar futbolda ilk addımlarını "RPİ Madona" klubunda atıb. Futbol mütəxəssislərinin diqqətini cəlb edən gənc futbolçu Latviyanın birinci klubu "Dauqava"ya dəvət alıb. Təxminən, 13 il ərzində (1976-1989) Riqanın "Dauqava" klubunda çıxış edən Aleksandr Starkov bu klubun heyətində 300-dən artıq oyun keçirib, 115 qola imza atıb. İstedadlı futbolçu 2003-cü ildə Latviya futbol tarixinin ən güclü oyunçusu elan olunub.
 
Peşəkar futbol karyerasını başa vuran Starkov məşqçilik fəlaiyyətinə start verib. 1990-1992-ci illər ərzində "Dauqava", "Pardauqava", "Kompar-Dauqava" klublarında çalışıb. 1992-1994-cü illərdə Latviya U-21 milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.
 
Aleksandr Starkov 1993-2004-cü illərdə "Dauqava" klubunun sükanı arxasına keçib. Bu müddətdə klubuna 12 dəfə Latviya çempionu, 6 dəfə Latviya kubokunun qalibi titullarını qazandırıb.
 
2004-2006-ci illər mövsümündə Moskvanın "Spartak" (Rusiya) klubunun baş məşqçisi postunda işləyib. 2005-ci ildə "Spartak"la Rusiya çempionatının gümüş medallarına sahib olub. 2009-cu ildən etibarən yenidən "Dauqava"ya qayıdıb və son günlərədək bu vəzifədə çalışıb.
 
Aleksandr Petroviç Starkovun milli komanda karyerası da rəngarəng uğurlarla zəngindir. 1995-2001-ci illərdə Latviya milli komandasında ikinci məşqçi kimi fəaliyyət göstərən Starkov 2001-2004-cü illər mövsümlərində milli komandaya baş məşqçilik edib.
 
Latviya yığması tarixinin ən böyük uğuruna, məhz, onun rəhbərliyi altında imza atıb. latviya 2004-cü il Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb və güclü rəqiblərlə mübarizədən üzüağ çıxıb.
 
Avropa çempionatından sonra milli komandadan ayrılan Starkov 3 illik fasilədən sonra yenidən Latviya yığmasına dəvət olunub. Aleksandr Starkovun komandası 2010-cu il dünya çempionatının seçmə mərhələsində inamla çıxış edərək qrup mərhələsini 3-cü yerdə başa vurub. Aleksandr Petroviç hazırda milli komanda ilə çalışmaqda davam edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.