16 yanvar 2011 17:45
`Bakı` Şeferə uğurlar arzuladı
`Bakı` futbol klubu baş məşqçi Vinfrid Şeferin müqaviləsinə xitam verildiyini rəsmən elan edib. Azerisport.az xəbər verir ki, klubla alman mütəxəssis arasında əldə olunan qarşılıqlı anlaşmaya əsasən, Şefer rəsmən baş məşqçi postunu tərk etmiş sayılır.
Vinfrid Şefer 2010-cu ilin iyul ayından etibarən `Bakı` futbol klubunun baş məşqçisi vəzifəsində çalışırdı. Onun paytaxt klubuyla mövsümün sonuna qədər olan müqaviləsi ikitərəfli razılıq əsasında qüvvədən düşmüş hesab olunur.
`Bakı` futbol klubu Şeferə klubdakı fəaliyyəti ilə əlaqədar təşəkkürünü bildirib və ona gələcək karyerasında uğurlar arzulayıb.
