16 yanvar 2011 18:01
Qurbanov bosniyalı hücumçunu bəyənmədi, `Wolfsburq`lunu saxlayır
`Qarabağ` baxışa çağırdığı legionerlərdən birinin xidmətinə ehtiyac duymayıb. Azerisport.az xəbər verir ki, bosniyalı hücumçu Zoran Kokot hazır olmadığı üçün məşqçi heyəti tərəfindən geri göndərilib.
Makedoniyalı Nderim Nedzipi isə hələ də düşərgədədi. Məşqçilər heyəti 26 yaşlı futbolçu haqda müsbət fikirdədilər. Qeyd edək ki, Belçika `Liers`indən gəlmiş Nedzipi hücumameyilli yarımmüdafiəçidi. 1984-cü il təvəllüdlü makedoniyalı futbolçu Almaniyada `Wolfsburq` və `Herta` Berlin forması da geyinib. Nderim hər iki ayağı ilə yaxşı oynamağı bacarır.
