16 yanvar 2011 19:20
Ramiz Məmmədov XL-la oyundan danışdı
Qazaxıstanın `Atıaru` klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov bu gün Antalyada keçirilən `Xəzər Lənkəran`la yoldaşlıq oyunu haqda fikirlərini bildirib. Azerisport.az saytına açıqlamasında həmyerlimiz bunları dilə gətirib:
“Uşaqlara sərgilədikləri oyuna görə minnətdaram. Bu, bizim ikinci oyumuz idi. Artıq heyəti 70 faiz formalaşdıra bilmişik. Biz yaxşı oyun sərgiləməyə çalışdıq. Bu oyun mənim üçün digərlərindən heç nə ilə fərqlənmirdi. Azərbaycan klubuna qarşı oynamağın hansısa fərqli rolunun olduğunu düşünmürəm”.
