16 yanvar 2011 23:01
Yığmamızın baş məşqçisi: Görüləcək işlərimiz çoxdu
Bu gün Minsk şəhərində futzal üzrə Belarus və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra millimizin baş məşqçisi Joze Alesio Da Silva AFFA-nın rəsmi saytına fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis bunları dilə gətirib:
“Buraya təlim-məşq toplanışına gəlmişik və Belarus millisi ilə yoldaşlıq oyunu hazırlıq prosesinin tərkib hissəsidir. Bu qarşılaşmada komandanın bütün üzvlərinə şans verdik. Yaxşı oyun nümayiş etdirərək qələbə qazandıq. Hazırlıq prosesi davam edir və hələ qarşıda görüləcək işlərimiz çoxdur”.
