16 yanvar 2011 23:09
Belarus yığmasının baş məşqçisi millimizə məğlubiyyətin səbəbini açıqladı
Bu gün Minsk şəhərində futzal üzrə Belarus və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra Belarus yığmasının baş məşqçisi Valeri Dosko da fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, rəqib komandanın çalışdırıcısı 1:5 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları dilə gətirib:
“Azərbaycan millisinin son Avropa çempionatında dördüncü yeri tutması bu komandanın nə dərəcədə güclü olmasını göstərir. Bu oyunda məğlub olmağımızın əsas səbəbi meydanın mərkəzində top itkilərinə yol verməyimizdi. Azərbaycan millisi kimi bizim üçün də bu oyun hazırlıq xarakteri daşıyırdı. İndi heyət baxımından seçim dövrünü keçirik”.
