16 yanvar 2011 13:46

`İnter` `İstiqlal`ı da 3 qolla keçdi (YENİLƏNİB)

Bu gün Sankt-Peterbrqda keçirilən və Azərbaycan çempionu `İnter`in də iştirak etdiyi “Birlik Kuboku” turnirində qrup mərhələsinin ikinci turunun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyununda Qırğızıstan `Neftçi`si üzərində inamlı qələbə qazanan (3:0) təmsilçimizin ikinci sınağı Tacikistanın `İstiqlal` klubuna qarşıdı.
 
Bu oyunun gedişi, baş verən olaylar və qarşılaşmanın nəticəsi ilə saytımız vasitəsilə xəbər tuta bilərsiniz.
 
Birlik Kuboku
Qrup mərhələsi (2-ci tur)
16 yanvar
A qrupu
 
İNTER- İSTİQLAL - 3:0 (1:0)
Qol: Çervenka, 44 (1:0). Karlsons, 63 (2:0). Rəhimov, 80 (3:0).
 
İNTER: Lomaya (Ağayev, 83), Daşdəmirov, Levin, Assioli, Kandelaki (Mjavanadze, 46), Çervenka (Despotovski, 54), Çertoqanov, Kruqlov (Əmiraslanov, 81), Zlatinov (Rəhimov, 68), Obikadze (Yeqorov, 64), Karlsons (Sxadadze, 68).
 
İSTİQLAL: Tuçiya, Rəcəbov (İrqaşev, 78), Erkişiya, Savonkulov, Habibulayev (Abramov, 59), Fatxulayev (Cəlilvov, 60), Davranov, Sadiqov, Vosiyev (Soburov, 67), Qoxirov, Rabiyev (Saidov, 72).
 
Matç başladı
2. Zlatinov qapıya ilk zərbə vuran futbolçu olsa da, qapıçı sayıqlığını itirmir
3. Kruqlov da şansını yoxlayır...bəhrəsizdi
4. `İnter` ilk dəqiqələrdən hücum futboluna üstünlük verməklə rəqibini təzyiqdə saxlamağa çalışır
9. Azərbaycan çempionu təzyiqlərini davam etdirir, lakin hələlik taciklər bu təzyiqlərə dözür
11. Taciklərin ilk hücumu...Davranovun zərbəsi qapının üstündən keçir
18. Hələ ki, oyun ciddi təhlükəli qol vəziyyətləri baxımından fərqlənmir
19. Zlatinov qola yaxın oldu. Lakin onun çox gözəl zərbəsi azca qapıdan yan keçdi
22. `İnter`in bəxti gətirdi. Fatxulayev təkbətəkdən yararlana bilmədi
26. Zlatinov sarı vərəqə alır
30. Matçda hələ ki, hesab açılmayıb və tərəflərin bu yöndəki cəhdləri bəhrəsiz qalır
34. Karlsonsun baş zərbəsini rəqi qolkiper zərərsizləşdirə bilir
35. Karlsons daha bir əlverişli qol vəziyyətini boşa verir. Fəal olsa da, hələlik bu, komandasına fayda gətirmir
41. Kruqlov cərimə zərbəsindən fərqlənmək istəsə də, alınmır
44. QOL... Çervenka komandamızı hesabda önə keçirdi - 1:0
Birinci hissə başa çatdı
 
İkinci hissə başladı
46. Kandelakini Mjavanadze əvəzlədi
49. `İnter` fərqi artırmaq üçün irəli atılsa da, hələlik istəyinə çata bilmir
52. Karlsonsun baş zərbəsi azca yan keçdi
54. Çervenkanı Despotovski əvəzləyir
55. Karlsons çox yaxın məsafədən başla qapıya düşə bilmədi
58. Azərbaycan çempionu rəqibini ciddi təzyiqdə saxlasa da, hesab arasındakı fərqi artırmaq mümkün olmur
59. Rəqib komandada dəyişiklik. Həbibulayevi Abramov əvəzləyir
60. Fatxulayevi isə Cəlilov əvəzlədi
60. Az qala `İnter` qol buraxacaqdı. Lakin son anda qapıçı Lomaya komandasını qoldan xilas etməklə, müdafiəçilərin kobud səhvini sığortalaya bildi
63. QOL... Karlsons Kruqlovun ideal ötürməsini bir toxunuşla tora qovuşdurur - 2:0
63. Karlsons formasını çıxardığı üçün sarı vərəqə alır
64. Obikadzeni Yeqorov əvəzləyir
67. `İstiqlal`da əvəzetmə. Vosiyovu Soburov əvələdi
68. `İnter`də isə Karlsonsu Sxadadze, Zlatinovu Şəhriyar Rəhimov əvəzlədi
72. Rəqib komandada Rabiyevi Saidov əvəzləyir
77. Azərbaycan çempionu növbəti qolu vurmaq üçün çalışır
78. Rəqib komandada Rəcəbovu İrqaşev əvəzlədi
79. Komandamız daha bir yüz faizlik qol şansını qaçırır
80. QOL...Şəhriyar Rəhimov da künc zərbəsindən sonra başla fərqlənir - 3:0.
81. Rövşən Əmiraslanov Kruqlovun əvəzinə meydana çıxır
83. Sxadadze Lomayanın daha bir gənc azərbaycanlı futbolçu Səlahət Ağayevlə əvəzləyir
85. Əmiraslanovdan əla zərbə.. Lakin rəqib qapıçı əla reaksiya nümayiş etdirdi
88. `İnter` artıq top saxlamaqla, matçın başa çatmasını gözləyir
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.