16 yanvar 2011 11:25

Mişel Platini: Azərbaycan futbolunun daha parlaq günləri hələ qarşıdadı

Dünən keçirilən “Birlik Kuboku”nun rəsmi açılış mərasiminin ardından UEFA prezidenti Mişel Platini azerisport.az saytının əməkdaşının suallarını cavablayıb.
 
- Siz hər il “Birlik Kuboku”nu izləməyə gəlsəz də, bu turnirin imicini qaldırmağa elə də kömək etmir...
- Mən çox şadam ki, MDB ölkələri arasında bu turnir hələ də keçirilməkdədi. Bu, çox vacib turnirdi, hansı ki, keçmiş Sovet ölkələrini bir-birilə birləşdirir. Bəzi problemlərə baxmayaraq, turnir davam etdirilməlidi. Klubların özləri də turnirin yanvarda keçirilməsinə öyrəşib. Buna görə də biz “Birlik Kuboku”nu daha da inkişaf etdirmək istəyirik. Yəqin ki, gələcəkdə yeni ideyaları gerçəkləşdirməklə buna nail olarıq.
 
- Sizcə, nə etmək lazımdı ki, bütün klublar bu turnirə əsas heyətləri ilə gəlsinlər?
- Bu sualı təşkilat komitəsinə ünvanlamalısız. Axı əgər komanda bu turnirdən imtina edirsə, deməli onun bundan da vacib işləri var.
 
- Üç il öncəki “Birlik Kuboku”nun finalını unutmamısız?
- Xatirimdədi, onda Azərbaycan klubu finalda qələbə qazandı. Ümumiyyətlə, Azərbaycan klubları bu turnirə çox ciddi yanaşır. Yadımdadı ki, azarkeşləriniz həmin qələbəyə necə sevinirdi. Düşünürəm ki, bu mövsüm Azərbaycandan olan komanda yaxşı futbol sərgiləyəcək. Ancaq proqnoz vermək istəməzdim. Axı turnir hələ yenicə başlayıb.
 
- İstisna etmirsiz ki, kubok üçüncü dəfə Azərbaycan klubuna nəsib ola bilər?
- Bunu turnirin gedişi göstərəcək. Kimin güclü olduğunu final matçında biləcəyik.
 
- Bütövlükdə Azərbaycan futbolu haqda nə deyə bilərsiz?
- Sizin futbol federasiyanız ölkədə bu idman növünün inkişafı üçün çoxlu işlər görür. Ancaq qarşıda hələ görüləsi çox işiniz var. Ümid edirəm ki, Azərbaycan futbolunun daha parlaq günləri hələ qarşıdadı.
 
- Avropa komandalarında çoxlu legionerlər top qovur. Rəhbərlik etdiyiniz qurum buna qarşı hansı tədbirləri həyata keçirməyi planlaşdırır?
- Bu çox geniş mövzudu. Biz bu barədə yeri gəldikcə, öz fikirlərimizi bildiririk. Bu məsələni ayrıca müzakirə etmək lazımdı.
 
- Final oyununa qalacaqsız?
- Hələ bilmirəm. Bu suala cavab vermək çox çətindi. Qrafik çox sıxdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.