16 yanvar 2011 18:11
Millimiz Belarus yığmasına 5 qol vurdu (YENİLƏNİB)
Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan mili komandası bu gün – yanvarın 16-da, Bakı vaxtı ilə saat 15:30-da, Dinamo İdman Kompleksində Belarus yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 5:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Belarus yığmasının qapısından topları Vitali Borisov, Tyaqo, Rüfət Balakişiyev, Biro Jade və Serjio keçirib.
